Arutunyan: “Bakı ilə danışıqlara hazırıq, bir şərtlə ki…”
Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutunyan dünən yerli “parlamentin” üzvləri ilə görüşdükdən sonra bəyan edib ki, Rusiya vasitəçiliyi öz üzərinə götürərsə, Bakı ilə dialoqa hazırdır.
“Hraparak” qəzetinin yazdığına görə, “ABŞ Qarabağı Azərbaycanla inteqrasiyaya sövq etdiyi üçün”, onun vasitəçiliyindən imtina edilir. Hesab edilir ki, danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılarsa, inteqrasiyadan yayınmaq şansı var.
Arayik Harutyunyan vurğulayıb ki, gündən-günə gərginləşən təhlükəsizlik və humanitar vəziyyət Qarabağdakı erməni əhalinin “mövcudluğu üçün ciddi problemlər yaradır”.
“Bu kontekstdə vurğulamaq istərdim ki, bütün məsələləri sivil dialoq yolu ilə müzakirə edib həll etməyə hazırıq” – deyə, Arutunyan əlavə edib.
Basta