Qarabağdakı ermənilər təşviş içində
“Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi yerdəyişmələr və toplanmalarla əlaqədar olaraq, Artsax (Qarabağ) əhalisi arasında müəyyən təşviş ovqatı yaranıb”.
Bu haqda sentyabrın 17-nə keçən gecə Xankəndidəki separatçı rejimin “müdafiə nazirliyi” məlumat yayıb.
Məlumatda bildirilir ki, buradakı silahlı birləşmələr “vəziyyətə gecə-gündüz nəzarət edir və hər hansı mühüm hadisə baş verdikdə ictimaiyyəti dərhal məlumatlandırır”.
Qurum əhalini yalnız rəsmi məlumatları izləməyə çağırıb.