“Qarabağda bir neçə yüz erməni qalıb” – Beqlaryan

Qarabağda bir neçə yüz erməni qalıb. Bunlar əsasən məmurlar, sosial xidmət sahəsinin işçiləri, könüllülər bir də əngəlli şəxslərdir. Onlar da çıxmağa hazırlaşırlar. Bunu separatçı rejimin keçmiş “deputatı” Artak Beqlaryan özünün feysbuk hesabında yazıb.

Şənbə günü saat 12:00-a olan vəziyyətə görə, Qarabağdan Ermənistana 100 417 nəfər gedib, ölkə hökumətinin mətbuat xidmətinin rəhbəri Nazeli Bağdasaryan bildirib.

Maraqlıdır ki, Ermənistan hakimiyyəti Qarabağdan gedənləri “məcburi köçkünlər” adlandıraraq Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmadığını nümayş etdirir.

Bu termin dövlətin bir hissəsindən digərinə məcburi mühacirət edən adamları ifadə edir, yəni söhbət daxili məcburi köçkünlərdən gedir. Görünür, Ermənistan hökumətində hələ də “Qarabağı Ermənistanınkı” hesab edirlər.

***

Qarabağı 84 770 nəfərin tərk etdiyi deyilir

29 sentyabr saat 06:00-a olan məlumata görə, 84 770 erməni əsilli sakin  Qarabağı tərk edərək Ermənistana köçüb.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində yazıb.

Müşahidəçilərin fikrincə bu rəqəm şişirdilib, Qarabağda 19 sentyabr əməliyyatınadək 40 min civarında erməni yaşadığı bildirilir.