Almaniya mətbuatı: Navalnını yalnız Rusiya xüsusi xidmət orqanları zəhərləyə bilərdi

Rusiya hakimiyətinin sərt tənqidçisi Alexey Navalnı, “Novichok”un əvvəllər bilinən versiyalarından “daha güclü” bir versiyası ilə zəhərlənib. Der Spiegel-in yazdığına görə, bunu Alman Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl keçən həftə gizli iclas zamanı söyləyib.

Nəşr bu məlumatı haradan aldığını göstərmir. Der Spiegel qeyd edir ki, zəhərləyənlərin planına görə Navalnı təyyarədə ölməli idi. Nəşrə görə, yalnız Rusiya xüsusi xidmət orqanları siyasətçini zəhərləyə bilərdi.

Bundan əvvəl Die Zeit qəzeti Navalnının yeni, daha təhlükəli bir “Noviçok” tipli maddə ilə zəhərləndiyini və bunu ancaq Rusiya xüsusi xidmət orqanlarının edə biləcəyini yazmışdı. Bildirilir ki, “Novicok” adi cinayətkar dəstənin əldə edə biləcəyi silah deyil. Hansısa xarici dövlətin belə bir əməliyyat həyata keçirməsi isə ağlasığmazdır, çünki Navalnı Rusiyada yerli xüsusi xidmət orqanları tərfindən daim izlənib. Buna görə ehtimal edilir ki, Navalnının zəhərlənməsi əmrini Kreml verib.

Bildirilir ki, Navalnı yalnız “xoşbəxt təsadüflər sayəsində” ölməyib. Çünki Navalnının olduğu təyyarənin pilotu dərhal eniş edib, siyasətçinin təcili yardım xəstəxanasına aparan həkimlər isə ona yolda ikən atropin vurublar.

Rusiya rəsmiləri Navalnının zəhərləndiyini inkar edir.

Basta