Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov Müsavat Partiyası Tofiq Yaqublunun həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığına köçürülməsi barədə vəsatətə baxaraq bu gün təmin etdi. Bu barədə Turana vəkili Elçin Sadıqov məhkəmə zalından çıxarkən məlumat verib.
Xatırladaq ki, Yaqublu xuliqanlıq ittihamı ilə 4 il 3 ay həbs cəzasına məhkum edilmişdi. Saxta cəzaya etiraz edən Yaqublu, 17 gündür keçirdiyi və əslində ölümə yaxın olduğu aclıq aksiyasına başlamışdı.
Qeyd edək ki, azadlıqdan məhrumetmə haqqında birinci instansiya hökmü hələ qüvvəyə minməyib, bu səbəbdən ev dustaqlığına köçürülmə mümkün olub.
Prosesdəki qanun pozuntuları ilə bağlı şikayət sentyabrın 28-də Apellyasiya Məhkəməsində dinləniləcək.
Həkimlər bildirir ki, Yaqublunun vəziyyəti hələ onun xəstəxananın reanimasiya şöbəsindən çıxmasına imkan vermir. Bu səbəbdən o, güc toplamaq üçün daha bir neçə gün xəstəxanada qalmal olacaq.
Basta