Müsavat Partiyası namizədlərinin qeydə alınmasına mane olurlar: Arif Hacılı
Hələlik Milli Məclisə növbədənkənar seçkilərə qatılmış 6 Müsavat təmsilçisinin namizədliyi qeydə alınıb.
Bu sözləri Parlament seçkiləri ilə bağlı Musavat Partiyasında yaradılmıs seçki komissiyasının rəhbəri, Müsavat Partiyası Məclisin sədri Arif Hacılı özünün “Facebook” səhifəsində paylaşıb.
Arif Hacılı yazır ki, “Qeydəalma prosesi yaxın günlədə də davam edəcək.Bu mərhələdə üzləşdiyimiz qanun pozuntularından biri də bəzi seçki dairələrində Müsavat namizədlərinin qeydiyyatına mane olmaq cəhdləridir.
Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək namizədlərimizi seçki marafonundan çıxarmağa çalışır.
Bu hallar, həmçinin bəzi İcra Hakimiyyəti strukturları və seçki komissiyaları tərəfindən seçicilərə zəng vuraraq onların Müsavat namizədinin imza vərəqələrində imzası barədə sorğu etmələri seçicilərə təziq üsullarından biri olmaqla yanaşı ciddi qanun pozuntusudur.”
“Bizə dəqiq məlumdur ki, seçki marafonuna qoşulmuş namizədlərin əksəriyyəti, ümumiyyətlə imza toplamır və onlardan Müsavat namizədlərindən tələb olunan bürokratik prosedurlara əməl edilməsi tələb olunmur.
Biz ən bürokratik tələblədən xəbərdarıq və qanunun müxtəlif maddələrində qoyulmuş tələlərə düşməyəcək qədər təcrübəli seçki komandamız var.
Seçki komissiyalarının üzvləri hər kəsdən daha yaxşı bilir ki, bütün tələblərə əməl edərək imza və digər sənədləri DSK lara təqdim edən də bizim namizədlərimizdir.
Hər bir təmsilçilərimizin qeydə alınacağı ümidi ilə qeydə alınan və qeydiyyatını gözləyən bütün namizədlərimizə uğurlar arzulayıram”, -Arif Hacılı bildirib.
Basta2