Ukraynaya gətirilən F16-lar döyüş uçuşlarına başladı – media

Ukraynaya gətirilən F16  təyarələri artıq döyüş uçuşlarına başlayıb. Bu haqda Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir.

Agentliyin həmsöhbətləri bildiriblər ki, qırıcılar iyulun sonu Ukraynaya gətirilib.

“The Times” özəl mənbəyə istinadən yazır ki, Ukraynanın Qərb ölkələrindən aldığı F16 qırıcılarının ilk partiyasına altı təyyarə daxildir, onları Hollandiya verib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, yaxın vaxtlarda Danimarkadan Ukraynaya yeni təyyarələr göndəriləcək. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi şərh verməkdən imtina edib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da məlumatı təsdiqləməyib və qeyd edib ki, Kiyev üçün “bu, sağ qalmaq amilidir”.

Bildirilir ki, F16-lar artıq ilk döyüş tapşırıqlarını yerinə yetiriblər və hava hücumundan müdafiə üçün istifadə olunublar.

Basta