Azərbaycanlı rejissor Kann festivalının qalibi oldu
Azərbaycanlı rejissor Cəfər Pənahi Kann festivalının “Qızıl Palma budağı”na layiq görülüb
İranın Şərqi Azərbaycan ostanında doğulmuş Pənahi ölkəsinin ən tanınmış rejissorudur.
Cəfər Pənahi bu mükafatı “Bir sadə qəza” filminə görə qazanıb. Bu, keçmiş siyasi məhbuslar haqqında trillerdir.
Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.
Rejissorun sərt və sosial məzmunlu filmləri hökumət tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.
Bununla belə, Pənahi bu il Kann festivalında əsas mükafat uğrunda yarışan yeni filmi — “Bir sadə qəza” ilə çıxış edib. O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib. Rejissor əlavə edib ki, həbsxanada keçirdiyi vaxt bu hekayəni daha da zənginləşdirməsinə kömək edib.
Azadlıq qəzeti