BP Azərbaycanı dəstəkləyir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Azərbaycanın baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Q.Cons Gəncə şəhərinin, eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Həmçinin qeyd olunub ki, BP heyəti Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə neft- qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün bütün mümkün səyləri göstərir.