“Nəcməddin qalası” – Mehman Hüseynovdan növbəti araşdırma
Bloger Mehman Hüseynov “Sancaq production”un efirində növbəti araşdırmasını təqdim edib.
“TV-lər belə həqiqətləri göstərmir! Məmur balaları harda gizləniblər? və Hərbi hissə ərazisində generalın villaları….. Badamdarda Hərbi hissə ərazisində “N” adlı bir qalanı kim tikib? Bu bir qalanın sirrini sizə araşdırıb deyirik…. 27 ildir ordunun başında duran general Nəcməddin Sadıqovun milyonluq saraylarına bir baxın. Bu qədər var dövləti general hardan əldə edib? Villanın həyətində Nəcməddin Sadıqov hərbi formalı adamları işlədir. Bu milyonluq saraylar hansı pulla tikilib? Ordunun başında duran şəxs Nəcməddin bu illər ərzində nə işlə məşğul olub? General Polad Həşimovun yaşadığı evə baxın birdə Nəcməddinin yaşadığı saraya baxın. Əsgərlərin haqqını yeyən, ordunun büdcəsini dağıdıb kef edənlər görün necə dəbdəbəli həyat yaşıyırlar. Şəhidlərimizin ruhu sizləri bağışlamaz!” – deyə, Mehman Hüseynov yazıb.
Araşdırmanı təqdim edirik: