Fransa Rusiyaya qarşı “təsirli” sanksiyalar təklif edir
Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian, Alexey Navalnı işi ilə əlaqədar Rusiyaya qarşı “təsirli” sanksiyaların tətbiq edilməsinə çağırıb, RİA Novosti xəbər verir.
O, 25 yanvar tarixində AB ölkələri xarici işlər nazirlərinin iclasının keçiriləcəyini xatırladıb, bu görüşdə iştirakçılar digər məsələlərlə yanaşı, Almaniyadan qayıtdıqdan sonra Navalnının həbs olunmasını da müzakirə edəcəklər.
Le Drian, Fransa İnter radiostansiyasının efirində belə deyib: “Sanksiyalara gəlincə, bunları həqiqətən təsirli etmək lazımdır. Və bu mövzuda müzakirələr sabah Avropa Şurasında keçiriləcək”.
Yanvarın 18-də Moskvanın Ximki rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə iclası prosesual qanunvericiliyə zidd olaraq polis idarəsinin binasında keçirilib.
Ötən ilin avqust ayında Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.
Basta