BMT Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.
Bu barədə BMT baş katibin rəsmi nümayəndəsi Stefan Dujarriç bəyanat verib.
“Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin dislakasiyasi üzrə təcili addımlar atmağı çağırır”, – Dujarriç vurğulayıb.
Onun sözlərinə görə baş katib həmçinin, hər iki tərəfi, təxribatçı ritorikadan çəkinməyə çağırır.
Təşkilat rəhbəri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin “bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında” göstərdiyi səyləri tam dəstəklədiyini bildirib.