Ermənistan bazarlaşmağa hazırdır: “Əsirləri qaytarın, mina xərirəsini verək”

Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının Qarabağdakı minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etməsi ilə bağlı ittihamlarına reaksiya verib.

 

Azərbaycanın Qarabağı işğaldan azad etdikdən sonra, bu  ərazilərdə   mina partlayışları nəticəsində 20 nəfər ölüb, daha 85 nəfər yaralanıb.

 

Ermənistan Xarici İşlər Nazirliyi iddia edib ki, Azərbaycan tərəfi heç vaxt mina təmizlənməsi sahəsində əməkdaşlıq təklifləri ilə çıxış etməyib. Ermənistan xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan jurnalistlərin mina xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı sualına belə cavab verib.

 

“Azərbaycan erməni hərbi əsirləri hələ də Ermənistana qaytarmayıb”.

 

Basta