Müsavat başqanı: “Bizim populistlərin şadyanalığı zərərlidir”

“Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissələri Zəngəzur bölgəsində Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Yəni biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik. Baş verənlərlə bağlı erməni siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır”.

 

Müsavat başqanı Arif Hacılı Azərbaycan-Ermənistan sərhəddində yaranan son gərginliyi belə şərh edib.

“Bizim populistlərin sərhədlərimizin bərpa edilməsi prosesini guya ordumuzun yeni hərbi əməliyyatlar nəticəsində Ermənistanın içərilərinə doğru irəliləməsi kimi qələmə verib şadyanalıq etməsi də eyni ilə əsasız və yersiz olmaqla yanaşı, həm də çox zərərlidir. Azərbaycanın Ermənistanla 1007 km sərhədi var.
Bu sərhəd bərpa edilməlidir və ediləcək” – deyə, Arif Hacılı özünün feysbuk hesabında yazıb.

 

Basta