Uncategorized

Müsavat Məclisinin sessiyası keçirildi

Sentyabrın 26-da Müsavat Partiyası Məclisinin sessiyası keçirildi.

Arif Hacılının sədrliyi ilə keçirilən iclasda əvvəlcə partiya başqanı İsa Qəmbər ictimai siyasi vəziyyət və Müsavatın qarşısında duran vəzifələr mövzusunda məruzə ilə çıxış edib.

Seçki komissiyasının sədri Yusif Mehdi rəhbərlik etdiyi strukturun fəaliyyəti barədə məlumat verib.

Müsavat başqanının müavinləri Razim Əmiraslanlı, Mustafa Hacıbəyli, Məclis üzvləri Əlipənah Rzalı, Tahir Səfərli, Limunət Əmrahlı, Dünyaxanım Cahan, Füzuli Vəziroğlu məruzə ətrafında çıxış ediblər.