Müsavat Divanının gündəliyi
Sentyabrın 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə məlumat verilib.
Müsavat Partiyası Məclisinin sentyabrın 26-da keçirilən sessiyası yüksək qiymətləndirilib. Həmçinin Məclisin Qayıdış və Dirçəliş Komissiyasının iclası barədə məlumat dinlənilib.
Ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Partiya strukturlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
AXCP fəalı Tərlan Baxışlının inzibati qaydada həbs edilməsi pislənilib. Ölkədə repressiyaların dayandırılması, bütün siyasi məhbusların azadlığa buraxılması bir daha tələb edilib.
Dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.

