Azərbaycan Türkiyənin 31 vətəndaşının ölkəyə girişini qadağan etdi
Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan edib və onların ölkə ərazisinə girişinə qadağa qoyub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 21-də məlumat yayıb.
XİN-in açıqlamasında bildirilir ki, qərar həmin şəxslərin sosial şəbəkələr və digər internet platformalarında Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş bəyanatları ilə əlaqədardır. Nazirlik, həmçinin, hakimiyyətin zorla dəyişdirilməsinə çağırışları, dini radikalizm zəminində zorakılığı və dini nifrətin qızışdırılmasını qərarın əsasları sırasında göstərib.
Girişinə qadağa qoyulan şəxslər arasında Türkiyənin Yeniden Refah Partiyasının sədri Fatih Erbakan, Türkiyə parlamentinin deputatı Ömer Faruk Gergerlioğlu, keçmiş futbol hakimi və idman şərhçisi Ahmet Çakar, eləcə də jurnalistlər, yazıçılar və dini xadimlər var.
XİN-in açıqlamasına əsasən, qərar Azərbaycan qanunvericiliyinə uyğun qəbul edilib. Nazirlik siyahıya daxil edilən şəxslərin hər birinin hansı konkret bəyanatına görə bu qərarın verildiyini ayrıca açıqlamayıb.
Siyahıda Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan, DEM Partiyasının deputatı Ömer Faruk Gergerlioğlu, HÜDA PAR sədrinin müavini Yahya Uğraş, keçmiş Ayasofya imamı Mehmet Boynukalın, jurnalist və yazar Adem Özköse, iqtisadçı-siyasətçi Aydın Binboğa və idman şərhçisi Ahmet Çakar da var. Girişinə qadağa qoyulanlar arasında digər jurnalistlər, yazarlar, televiziya aparıcıları və dini çevrələrin nümayəndələri də yer alır.
Basta

