ManşetSiyasət

Naməlum şəxslər Müsavatın qərargahına girib

Bu gecə naməlum şəxslər Müsavat Partiyasının qərargahına girib. Bu haqda partiya başqanı Arif Hacılı məlumat yayıb.

Məlumatda bildirilir ki, dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. Hazırda Müsavat Partiyasının qərargahında xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır.

Qeyd edək ki Müsavat Partiyasının qərargahı Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə, vaxtıyla 2 saylı Bakı Evtikmə Kombinatına məxsus olan inzibati binada yerləşir. Partiya qərargaha görə Dövlət Əmlak Komitəsinə aylıq icarə haqqı ödəyir.

Binanın önündə polisə məxsus olduğu ehtimal edilən 2 ədəd izləmə kamerası var.

Basta

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir