ManşetSiyasət

Müsavat Divanının gündəliyi

İyunun 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib. Qurban Bayramında Müsavat Partiyası adından qurban paylandığı bildirilib. 

Mayın 28-də Müstəqillik Günü ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə keçirilən bayram tədbiri yüksək qiymətləndirilib. Qeyd edilib ki, müsavatçılar Gəncədə və Zaqatala da Rəsulzadənin abidəsini ziyarət ediblər.  Həmçinin Ankarada Rəsulzadənin məzarı ziyarət edilib. 

Ölkədə və regionda baş verən hadisələr müzakirə edilib.

Müstəqil media qurumları ilə əməkdaşlıq edən İT mütəxəssisi İlqar Əliyevin həbsxanada müəmmalı ölümü ilə bağlı narahatlıq ifadə edilib. Təcridxanalarda  olan məhbusların tibbi xidmət almasına və təhlükəsizliklərinə təminat yaradılması tələb edilib. 

ABŞ ilə İran arasında  gedən danışıqlar prosesinin gedişatı, eləcə də Türkiyədə CHP ətrafında baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.