Moskvaya hücum: Foto və videolar
Kapotnyadakı neft emalı zavodu və “Mega” ticarət mərkəzi yanır, bütün hava limanları bağlanıb, Rusiya paytaxtı qara tüstüyə büründü
Rusiya paytaxtı Moskva müharibənin başlanmasından bəri ən böyük hücumlardan birinə məruz qalıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxta yaxınlaşan təxminən 200 Ukrayna pilotsuz uçuş aparatı vurulub.
Kapotnyada yerləşən neft emalı zavodunda yenidən yanğın baş verib. Zavod bir gün əvvəl də hücuma məruz qalmışdı.
Dronların qalıqları Sadovod Market ticarət kompleksinin üzərinə düşüb.
Moskva vilayətinin Zhukovsky şəhərində pilotsuz uçuş aparatı yaşayış çoxmərtəbəli binaya dəyib. Lyubertsy şəhərində isə dron qalıqları fitnes mərkəzinin binasına və Mega Belaya Dacha ticarət mərkəzinin damına ziyan vurub.
Hücumdan sonra Moskvanın bütün dörd hava limanı fəaliyyətini dayandırıb və onlarla aviareys gecikir.


