Manşet

Adil İsmayılov koronavirusdan vəfat edib

Tanınmış vəkil Adil İsmayılov koronavirusdan dünyasını dəyişib.

 

Bu barədə məlumatı onun həmkarları sosial şəbəkədə paylaşıb. Həmkarı vəkil Aqil Layıc qeyd edib ki, Adil Ismayilov koronavirusla mübarizə aparsa da, virusa qalib gələ bilmədi.

 

Adil İsmayılov bir sıra siyasi məhbusların vəkili olub, 1995-ci ildə Müsavat Partiyası seçkiyə buraxımayanda bu partiya üçün vəkillik edib. O, həmçinin Macarıstanda mühakimə olunan Ramil Səfərovun vəkili olub. Lakin 2019-cu ilin sentyabr ayının 9-da siyasi motivlərlə Vəkillər Kollegiyasındakı fəaliyyəti bir illik dayandırılıb. Sonradan bu qərar ləğv edilib.

 

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir