Onlar Azərbaycanı quru sərhəddən keçərək tərk edə bilərlər

Türkiyə vətəndaşları Azərbaycanı quru sərhədindən keçərək tərk edə bilərlər.

Bu barədə Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Lakin sentyabrın 1-dək Türkiyə vətəndaşları bu marşrutla Azərbaycana daxil ola bilməzlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xüsusi karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin martından Azərbaycanın quru və dəniz sərhədləri insanların keçidi üçün bağlıdır. Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb. Səbəb kimi pandemiya göstərilib. Bu qərar ölkədə narazılıqla qarşılanıb.

 

Basta