“Naxçıvanda bir oğurlananda Bakıda 100 talanır”
“Naxçıvanda olan yeyintilər Bakıda olan yeyintilərin yanında toya getməlidir”.
Bunu Müsavat başqanının müavini Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.
“Naxçıvanda bir oğurlananda Bakıda 100 talanır. Xalqın seçdiyi parlament olmadığı ölkədə büdcə talançılığı adi haldır. Büdcəni talayanların tam əksəriyyəti seçki saxtakarlığında iştirak edənlərdir. 144 milyon ümumi talançəlığın 0.1 faizi deyil” – deyə, Müsavat yetkilisi bildirib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Bundan əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs olunub.
Basta