İctimai fəal Rəbiyyə Məmmədova Müsavata üzv qəbul olundu
İctimai fəal Rəbiyyə Məmmədova Müsavat Partiyasına üzv qəbul olunub
Partiyadan verilən məlumata görə, Rəbiyyə Məmmədova bu gün Divan iclasında iştirak edib. O, Müsavata üzv qəbul olunmaq qərarını partiyanın ideoloji xətti, Rəsulzadə irsinə sadiqliyi və Ədliyyə Nazirliyinin timsalında hakimiyyətin partiyaya qarşı son təzyiqləri ilə əsaslandırıb.
Divan onun üzvlüyünə yekdilliklə səs verib.
İxtisasca hüquqşünas olan Rəbiyyə Məmmədova 2020-ci ildə 10 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub.