Azərbaycan ordusunun əsgəri ermənilərin əlinə keçib

Ermənistan KİV-ləri Qarabağda Azərbaycan əsgərinin ələ keçirildiyi barədə məlumat yayıb.

 

Əsgərin erməni yeniyetmələrdən çörək və su istədiyi, onlardan birinin gizlincə “polisə” xəbər verdiyi iddia olunur.

 

Bundan bir neçə saat sonra Azərbaycanın Müdafiə  Nazirliyi  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyi barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə keçib.

 

Basta