DünyaManşet

Tramp Zelenskini Rusiya neft obyektlərini vurmamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp sentyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın neft və dizel obyektlərinə zərbələri dayandırmaq çağırışı edib.

Tramp bildirib ki, Ukraynanın Rusiyanın neft infrastrukturuna hücumları yanacaq bazarında vəziyyəti daha da çətinləşdirir. O, Zelenskiyə Rusiyanın dizel obyektlərini vurmamağı, bunun əvəzinə digər hədəflərə yönəlməyi tövsiyə edib.

ABŞ prezidentinin bu çağırışı dünya neft qiymətlərinin yüksək olduğu və ABŞ-da yanacağın bahalaşmasının ciddi siyasi problemə çevrildiyi bir vaxtda səslənib.

Bəzi siyasi təhlilçilər hesab edir ki, əslində dünyada neftin bahalaşmasının əsas səbəbi ABŞ və İsrailin İrana hücumundan sonra Tehranın Hörmüz boğazını bağlamasıdır. Bunun nəticəsində Amerikada benzin bahalaşıb və bu da Konqres seçkiləri ərəfəsində Respublikaçılar partiyasının nüfuzdan düşməsinə səbəb olur. Təhlilçilərin fikrincə indi  Tramp neftin bahalaşmasına görə məsuliyyəti öz üzərindən Zelenskinin üzərinə atmağa çalışır.