İlham Əliyev Fransa vətəndaşını və daha 19 nəfəri əfv etdi
Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
AzərTAC xəbər verir ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Onların arasında bir neçə xarici vətəndaş, o cümlədən Fransa vətəndaşı Rayan Martin Riçard da var.
İki ildən çoxdur Azərbaycanda həbsdə saxlanılan Fransa vətəndaşı M.Rayan bu ilin martında casusluq ittihamı ilə 10 il həbs cəzası almışdı. O, özünü təqsirli bilmir və ittihamları rədd edir.

