Saakaşvilinin on minlərlə tərəfdarı Tbilisidə meydana çıxdı
Oktyabrın 14-də Tbilisinin mərkəzindəki Azadlıq Meydanında, Rustavi şəhərindəki istintaq təcridxanasında ikinci həftədir aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə dəstək mitinqi keçirilib.
Aksiyanın təşkilatçısı olan “Vahid Milli Hərəkat” partiyasının Siyasi Şurasının üzvü, keçmiş vitse-spiker Georgi Baramidze aksiyada 70 min nəfərin iştirak etdiyini bildirib.
Tbilisi polisi isə mitinqə 20 min adamın toplandığı haqda məlumat yayıb.
Mitinqdə Azərbaycan və Ukrayna bayraqları da qaldırılıb.
Qeyd edək ki, 8 il mühacirətdə olan Mixail Saakaşvili oktyabrın 1-də – Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən bir gün əvvəl ölkəsinə qayıdıb. Keçmiş prezident bir sıra cinayətlərdə təqsirli bilinib və barəsində qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Basta