Siyasi mühacirin xanımı Bakı hava limanında saxlanılıb?
Müsəlman Birliyi Hərakatının fəalı, siyasi mühacir Ələmdar Buniyatovun xanımından xəbər yoxdu.
Bu haqda jurnalist Əfqan Muxtarlı özünün feysbuk hesabında yazıb.
“Dünən Ağarzayeva Səadət Bakıdan Berlinə dönməli idi. O Ələmdar Bünyadova zəng edərək hava limanında saxlandığını, sənədlərinin və biletinin əlindən alındığını bildirib. Daha sonra Səadət xanımla əlaqə kəsilib. Peqasus hava yolları şirkətindən Səadət Ağarzayevanın Bakıda təyyarəyə minmədiyi bildirilib. Səadət xanım Bakıya xərçəng xəstəliyindən əziyyət çəkən anasını görməyə gedib. Bakıda olarkən DTX tərəfindən sorğu suala tutulub. Ona Ələmdar Bünyadov və Almaniyadakı siyasi mühacirlər barədə suallar verilib. İzahatı alınıb. Hazırda Səadət xanımın harda olduğu bilinmir” – deyə, Əfqan Muxtarlı bildirib.
DTX-dan məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.