Cəbrayıl rayonu azad edildi
Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
Bunu ölkə başçısı İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb.
.
Azərbaycan ordusu rayonun Böyük Mərcanlı, Aşağı Maralyan və Şeybəy kəndlərindən sonra Qarabağda kritik əhəmiyyətə malik olan Cəbrayıl şəhərini də işğaldan azad edib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter” səhifəsindən açıqlama verib.
Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.
Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur. Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq.
Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq.
.
Qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması istiqamətində hərbi əməliyyatlar sentyabrın 27-dən davam edir. Dünən 8 kənd işğaldan azad olunmuşdu.
.
Basta