“Bilirdim ki, gələcəksən”

Müharibənin ən qanlı günlərinin birində əsgərlərdən biri yaxın dostunun irəlidə vurulduğunu görür. Güllə yağışı altında komandirin yanına qaçıb deyir:
– İcazə verin, gedib dostumu gətirim.
– Getmək? Nə danışırsan.? Ona güllə dəyib, yəqin çoxdan ölüb. Özünü təhlükəyə atma.
Əsgər israr edir.
“Yaxşı , get…”- deyir komandir.
Möcüzə baş verir.
Əsgər o güllə yağışının altında dostunun yanına sağ-salamat çatır və onu götürüb səngərə qayıdır. Birlikdə səngərin içinə yuvarlanırlar. Komandir qan içindəki əsgəri yoxlayır. Sonra onu səngərə daşıyan dostuna deyir:
– Sənə dedim axı risk eləmə. Onsuz da ölüb.. Dəyməzdi.
– Dəydi, yoldaş komandir.
– Necə yəni dəydi? Görmürsən ki ölüb.?..
– Yenə də dəydi. Çünki onun yanına çatanda hələ sağ idı. Onun söz sözlərini eşitmək mənim üçün hər şey idi.
– Nə dedi? Vəsiyyət elədi?
– Yox, yoldaş komandir. Vəsiyyət eləmədi. Sadəcə dedi ki,
“Bilirdim… Bilirdim ki, gələcəksən”.
.
Yazı Məzahir Məmmədlinin feysbuk səhifəsindən götürülüb.
.
Basta