Rusiya Müdafiə Nazirliyinə Müsavatdan etiraz
Martın 28-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Hazırda Brüsseldə səfərdə olan Müsavat başqanı Arif Hacılı iclasa onlayn olaraq qatılıb. O, Avropa Liberal Demokrat İttifaqının (ALDE) Ukrayna ilə bağlı xüsusi toplantısı və Brüsseldə keçirdiyi görüşlər barədə məlumat verib.
Qarabağda son durum müzakirə edilib. Fərrux və Pirəli kəndlərindəki vəziyyətlə bağlı Rusiya Müdafiə Nazirliyi tərəfindən həqiqətə uyğun olmayan məlumatın yayılması pislənilib.
Martın 31-də saat 12:00-da azərbaycanlılara qarşı soyqırımın 104-cü ildönümü ilə bağlı Bakıdakı Şəhidlər Xiyabanının ziyarət edilməsi barədə qərar qəbul edilib.
İclasda partiyanın Siyəzən, Xızı, Şabran, Yasamal, Qubadlı rayon təşkilatları və Sumqayıt şəhər təşkilatının təmsilçilərinin iştirakı ilə keçirilən müşavirə və Suraxanı rayon təşkilatının hesabat-seçki yığıncağı barədə məlumat dinlənilib.
Sonda cari məsələlər müzakirə edilib.
Basta