Böyük Britaniya Rusiyanın hərbi cinayətlərini araşdırmaq üçün Ukraynaya 2,5 milyon funt sterlinq ayırdı
Böyük Britaniya hökuməti Ukraynaya müharibə cinayətlərinin araşdırılmasına kömək etmək üçün 2,5 milyon funt sterlinq ayırıb.
Bu barədə “Sky News”, “European Truth”a istinadən xəbər verir.
Ayrılan vəsait Ukrayna Baş Prokurorluğuna cinayətlərin, xüsusən də müharibə ilə bağlı cinsi zorakılığın araşdırılmasında yardım üçün istifadə olunacaq.
Xatırladaq ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya Federasiyasının ali hərbi və siyasi rəhbərliyini Ukraynada törədilən cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün Xüsusi Tribunalın yaradılmasına çağırıb.
Basta