Rusiya Xersonda daha iki yaşayış məntəqəsini boşaltdı
Rusiya işğalçıları Xerson vilayətinin Çarivne və Çkalovo yaşayış məntəqələrini tamamilə tərk edib. Berislav şəhərindən isə zabitlər və tibb işçiləri də təxliyə edilib.
Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah həmçinin Xerson şəhərində talan və qanunsuz hərəkətlərin sayının artdığını bildirib. İşğalçılar yerli əhalinin avtomobillərini ələ keçirir Antonov körpüsü yaxınlığındakı bərə keçidindən istifadə edərək şəhəri tərk etməyə çalışırlar.
Bundan əlavə, Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki təhsil müəssisələrinin ərazilərində düşmən bölmələrinin yerləşməsi davam edir.
Bundan əvvəl Xerson vilayətinin işğalçı “hakimiyyət” yerli sakinlərə oktyabrın 22-də təcili olaraq Xersonu tərk edib Dnepr çayının sol sahilinə keçməyi əmr edib.
“Ukrainska Pravda”