Təbrizdə Azərbaycan dilində çəkilmiş “Dəri” filmi nümayiş olunacaq

Təbriz Tibb Elmləri Universitetinin Tələbələr Birliyi Kino Mərkəzi ilə birgə Beynəlxalq Ana Dili Günü münasibətilə mədəni tədbir keçirməyi planlaşdırıb.

Fevralın 21-də Təbriz Universitetinin şayanmehr zalında Azərbaycan dilində çəkilmiş “Dəri” filmi nümayiş olunacaq.

Bildirişdə filmin bilet satışından toplanan pulların hamısının Xoy zəlzələsindən zərər çəkənlərə yardım ediləcəyi bildirilib.

“Dəri” filminin senari müəllifi və rejissoru Bəhmən və Bəhram Ərk qardaşları, prodüsseri isə Məhəmmədrza Misbahdır.

Film “Sənət və təcrübə” nominasiyasında “Büllur Simurq” mükafatına və ən yaxşı film musiqisi mükafatına layiq görülüb.

Senaridə bir sevgi dastanı ilə yanaşı xalq içində yayğın olan mifik inanclar və xurafat təsvir edilib.

Bundan öncə təbrizli Ərk qardaşlarının çəkdikləri “Heyvan” adlı qısametrajlı film də İranda və xarici ölkələrdə bir neçə mükafata layiq görülüb.

Gunaz.tv