Gürcüstan prezidentindən etirazçılara dəstək: “Qanuna veto qoyacam”

Gürcüstan prezidenti Salome Zurabişvili hazırda səfərdə olduğu Nyu Yorkdan bəyanat verib. O,  “xarici agentlər” haqqında qanun layihəsinə qarşı etirazçılara müraciət edib və onları dəstəklədiyini bildirib.

“Bu gecə Rustavelidə ayaqda olanlara müraciət edirəm, mən dəfələrlə orada olmuşam. Siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstanı heç kim bu gələcəkdən məhrum edə bilməz”, – deyə, o vurğulayıb.

Gürcüstan prezidenti deyib ki, ölkəyə “xarici agentlər” haqqında qanun тоlazım deyil.

“İlk gündən mən bu qanuna veto qoyacağımı dedim. Onun detallarını müzakirə etməyi lazım görmürəm”, – Zurabişvili vurğulayıb.

Xatırladaq ki, martın 7-də axşam Gürcüstan parlamenti “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Basta