Putin “Lukaşenkonun istəyi ilə Belarusa müdaxilə üçün ehtiyat polis qüvvəsi” yaradıb

Rusiya Prezidenti Vladimir Putin “lazım gələrsə, Belarusiyaya müdaxilə etmək üçün polis ehtiyat qüvvəsi yaratdığını, ancaq bu nöqtəyə hələ gəlib çatılmadığını” söyləyib.

Rusiya dövlət televiziyasındakı çıxışında Putin deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenko ondan “müəyyən bir polis ehtiyatı yaratmağını istəyib” və “o da yaradıb”.

“Biz, həmçinin vəziyyət nəzarətdən çıxana qədər bu qüvvədən istifadə olunmayacağına dair razılığa gəldik,” Putin Rossiya 1 televiziyasına deyib.

Cənab Lukashenkonun mübahisəli 9 Avqustda təkrar president seçilməsi böyük etirazlara səbəb olub.

Prezident sarayına əlində avtomatla gələn Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin işini yoxlayıb.
Şəklin alt yazısı,Prezident sarayına əlində avtomatla gələn Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin işini yoxlayıb.

Lukaşenko Prezident Sarayına avtomatla gəlib

Ötən Bazar günü Minskdə “Yeni Belarusun marşı” adlı yürüş keçirilib.

Bu yürüş Belarusda etirazların başlanmasından bəri müxalifətin keçirdiyi ən böyük aksiyaya çevrilib.

Media vasitələrinin bildirdiyinə görə, Belarus paytaxtında yüz minlərlə etirazçı toplaşıb, etiraz aksiyaları Minskdən kənarda da keçirilir.Paylaşımını ötürün Twitter, 1https://platform.twitter.com/embed/index.html?creatorScreenName=bbcazeri&dnt=false&embedId=twitter-widget-0&frame=false&hideCard=false&hideThread=false&id=1297525985944965121&lang=en&origin=https%3A%2F%2Fwww.bbc.com%2Fazeri%2Fregion-53709456&siteScreenName=bbcazeri&theme=light&widgetsVersion=223fc1c4%3A1596143124634&width=550px

Paylaşımın sonu Twitter, 1

Bəzi etirazçıların polisin əhatə etdiyi prezident sarayına da yürüş etmək istədiyi bildirilib.

Prezident sarayına əlində avtomatla gələn Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin işini yoxlayıb.

Belarusun Müdafiə Nazirliyi etirazçıları “faşistlər” kimi qələmə verərək bəyan edib ki, asayişin pozulacağı təqdirdə etirazçılarla polis deyil, ordu məşğul olacaq.

Aleksandr Lukaşenko etirazlara sərt müdaxilə ediləcəyini deyərək müxalifətin “xarici inqilabçılar” tərəfindən təhrik olunduğunu söyləyib.Paylaşımını ötürün YouTube, 1https://www.youtube.com/embed/i7QyqRXoG80?feature=oembedVideonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Ötən həftə Belarusda Müxalifət Koordinasiya Şurası yaradılıb və bildirilib ki, əsas məqsəd yeni seçkilərin keçirilməsi və hakimiyyətin dinc yolla təhvil verilməsidir.

Aleksandr Lukaşenko bundan əvvəl Qrodno şəhərindəki etirazlarda çıxış edərkən bazar ertəsindən tətil edən qurumların bağlanacağını demişdi. O, həm də növbəti dəfə NATO-nun ölkə sərhədindəki ciddi “hərəkətliliyindən” danışıb. NATO bu bəyanatları əsassız adlandırıb.

İki həftə davam edən etirazlarda azı dörd nəfər ölüb. Etirazçılar saxlanıldıqları həbsxanalarda işgəncəyə məruz qaldıqlarını bildirirlər.Paylaşımını ötürün YouTube, 2https://www.youtube.com/embed/3db1U_NTZcY?feature=oembedVideonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 2

Video açılmırsa, YouTube-dan izləyin.

“Qüsursuz xidmətə görə”

Ölkəyə 26 ildir ki, rəhbərlik edən Alexander Lukaşenko şuranın yaradılmasını hakimiyyəti ələ keçirmək cəhdi adlandırıb və müxalifəti sərt tədbirlərlə hədələyib.

Çərşənbə axşamı günü küçə nümayişləri həftəsonu qədər kütləvi olmasa da, tətillər davam edir.

Lukaşenko Daxili İşlər Nazirliyinin 300-dən çox işçisini “Qüsursuz xidmətə görə” medalı ilə təltif edib.

Bu ərəfədə Daxili İşlər Nazirliyi daha bir üçüncü etirazçının öldüyünü təsdiqləyb.

Almaniya kansleri Angela Merkel Putinlə telefonla danışaraq Belarus hakimiyyətinin dinc nümayişçilərə qarşı güc tətbiq etməkdən çəkinməli, siyasi məhbusları dərhal azad etməli və müxalifət və cəmiyyətlə dialoqa başlamalı olduğunu vurğulayıb.

Putin isə deyib ki, “böhranın daha da kəskinləşməsinə səbəb olan” Belarusun daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir.

BBC