Atışmada 3 Azərbaycan və 4 Ermənistan əsgəri həlak olub

Aprelin 11-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Ermənistan tərəfdən atəşə tutması nəticəsində üç Azərbaycan əsgəri həlak olub.

Hadisə saat 16:20-də Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik rayonu arasındakı sərhəddə baş verib.

Bu barədə çərşənbə axşamı axşam Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ölənlərin adları: Zalov Vidadi, Həsənov Elşad, Tağıyev Səbuhi.

Hərbi qulluqçuların rütbələri barədə məlumat verilmir.

Eyni mənbəyə görə, Ermənistan tərəfinin çoxsaylı itkiləri var.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi 4 əsgərin öldüyünü və 6 əsgərin yaralandığını təsdiqləyib.

Çərşənbə axşamı saat 20:00-a olan məlumata görə, toqquşma zonasında vəziyyət stabildir.

***

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.

XİN-sən bildirilib ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Məlumatda vurğulanır ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. “Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.