Arif Hacılı ürəyindən əməliyyat olundu

İyunun 3-də Müsavat başqanı Arif Hacılı  açıq ürək əməliyyatı olunub. Bu haqda onun müavini Fərəc Kərimli məlumat yayıb.

Əməliyyat Bakıda, “Ege hospital”da keçirilib.

Divan üzvü Mustafa Hacıbəyli  isə cərrahiyyə əməliyyatının uğurla keçdiyini bildirib: “Özünü normal hiss edir. Bütün dostlara salamı var”.

Basta