Avropa Birliyi Ukraynaya 1,5 milyard avro ayıracaq
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayrıldığını elan edib.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen özünün X səhifəsində (keçmiş Twitter) məlumat verib.
O, həmçinin Ukrayna dövlətinin bərpası, təmiri və möhkəmləndirilməsində AB-nin dəstəyini ifadə edib.
Ukraynaya əlavə 1,5 milyard avro ayrıldığını qeyd edən Ursula don der Leyen gələcəkdə də maliyyə yardımını davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Avropa Komissiyasının rəhbəri həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması və iqtisadi dəstəyin göstərilməsi baxımından Ukrayna ilə əməkdaşlığı davam etdirəcək.