Ermənistan yolların açılmasını ləngidir – Hikmət Hacıyev

Azərbaycan sentyabrın 1-də Azərbaycan prezidenti və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon söhbətində razılaşdırıldığı kimi, BQXK-nin müşaiyət olunan yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının tezliklə və eyni zamanda açılmasını təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirir. Bu barədə dövlət başçısının köməkçisi Hikmət Hacıyev çərşənbə günü öz Tvitter hesabında yazıb.

“Həmin vaxtdan 12 gün keçib, lakin Ermənistana tabe olan qanunsuz rejim bu hərəkətə və yolların açılmaına icazə verməkdən imtina edir. Biz beynəlxalq tərəfdaşlarımızı bu dağıdıcı siyasətə son qoymaq üçün öz səylərini və Ermənistana və onun qanunsuz marionet rejiminə təzyiqi artırmağa çağırırıq.

“Boz zonada” status-kvonun saxlanması və humanitar məsələlərin qəsdən silaha çevrilməsi faydasız strategiyadır”, deyə Hacıyev qeyd edib.