Separatçıların sabiq başçılarının Yerevanda olduğu barədə xəbər təkzib olundu
Qarabağdakı separatçı rejimin keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Xankəndini tərk etməyiblər.
TASS bu barədə Ermənistandakı mənbəyə istinadən xəbər verir.
“Hər üçü Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, Xankəndidədirlər. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, – TASS mənbəsi bildirib.
***
Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.
Bu haqda Sputnik Ermənistan məlumat yayıb. Onlarla birlikdə separataçı rejimin bəzi məmurlarının sərhədi keçdiyi qeyd edilir.
Qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan isə ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.
Elşən Əlisoyun şərhi:
“Azərbaycanın Baş Prokurorluğu erməni terrorçuları olan Arayiki, Hartunyanı, Saakyanı, Qukasyanı və separatçı rejimin digər hərbi rəhbərlərini beynəlxalq axtarışa verdiyini bəyan etmişdi. Nə oldu, bu terrorçular necə oldu ki, sağ-salamat Ermənistana keçə biliblər? Erməni mənbələrinin bildirdiyinə görə terrorçuların Ermənistana təhlükəsiz keçidini Azərbaycan tərəfi təmin edib.
Nə baş verir? Xankəndini almışıq, ancaq Bayraq taxa bilmirik, terrorçuları beynəlxalq axtarışa verib, özümüz keçidlərini təmin edirik. Belə anormallıq olar?”