M.Ə.Rəsulzadə – 140: Müsavatda Dəyirmi Masa keçirildi – Video

Yanvarın 30-da Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə Dəyirmi Masa keçirilib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Türkiyədən onlayn olaraq tədbirə qatılan Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, Müsavatın Divan üzvü, professor Almaz Əliqızı, Müsavat fəalları Hidayət Allahverdi,  Natiq Ulubəy və digərləri çıxış ediblər.

Tədbir sosial şəbəkələrdə canlı olaraq yayımlanıb.