Krım tatar fəalı saxlanıldı
Martın 13-də ilhaq edilmiş Krımda Rusiyanın təhlükəsizlik qüvvələri Krım tatar fəalı Edem Dudakovun evində axtarış aparıblar. Səhər saat 04:00-də başlayan axtarışdan sonra onu FSB-nin qərargahına aparıblar. Bu barədə Krım Tatar Məclisinin sədri Refat Çubarov məlumat verib.
“Nastoyasheye vremya” qeyd edir ki, bundan əvvəl martın 5-də on Krım tatarının – “Krım Həmrəyliyi” ictimai təşkilatının fəallarının və din xadimlərinin evlərində axtarışlar aparılıb. Rusiyanın nəzarətində olan Simferopol şəhər məhkəməsi saxlanılanların hamısını “terror təşkilatında” iştirak ittihamı ilə 2024-cü il mayın 4-dək həbs edib.
Basta