Teymur Kərimova qarşı yeni ittiham irəli sürüldü
Kanal-11 internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı yeni ittiham irəli sürülüb.
Bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat verib.
Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub: “Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.
Vəkil qeyd edib ki, T.Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.