Müsavat İmran Əliyevin azad olunmasını tələb edir

Aprelin 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər haqda məlumat dinlənilib. 

Daha sonra partiyanın mayın 4-nə təyin olunan 11-ci qurultayına hazırlıqla bağlı tapşırıqlar verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti qurultaya yer ayrılması ilə bağlı  müraciətə hələ cavab verməyib. 

Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılması və Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılaşma Qafqazda sülhün bərqərar olmasına təkan verən mühüm hadisələr kimi qiymətləndirilib. 

ABŞ Nümayəndələr Palatasında Ulraynaya 61 milyard dollar yardımın ayrılmasını nəzərdə tutan qanunun qəbulu ilə əlaqədar fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu qərar bütün dünyada, o cümlədən regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslərə müsbət edə bilər. 

İclasda Məclis.info saytının rəhbəri İmran Əliyevin həbsi pislənilib, ona işgəncə verilməsi barədə məlumtlardan narahatlıq ifadə edilib. Divan İmran Əliyevin və siyasi motivlərlə həbs olunan digər şəxslərin dərhal olunmasını, Azərbaycanda repressiyalara son qoyulmasını tələb edib. 

Sonda cari məsələlər müzakirə olunub.

Basta