Moskvada azərbaycanlı iş adamı Elman Paşayev dələduzluqda ittiham edilir
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin aktyor Mixail Yefremovun keçmiş vəkilinin fırıldaqçılıq nəticəsində Moskvada mənzil alması barədə məlumatları yoxlamaq üçün təlimat verib. Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib .
Sifariş Moskva Baş İstintaq İdarəsinin rəhbərinə verilib. Məlumatda qeyd edilir ki, istintaq öncəsi yoxlamadan sonra “tutarlı əsaslar olarsa, Elman Paşayevin mümkün qanunsuz hərəkətləri haqqında cinayət işi başlana bilər”.
Şöbə müdiri elan edilmiş bütün halları araşdırmağı, pozulmuş hüquqların bərpası üçün tədbirlər görərək onlara hərtərəfli hüquqi qiymət verməyi tapşırıb, – deyə departamentdən verilən açıqlamada bildirilir.
Rusiya saytlarının bu barədə yaydıqları xəbərlərdə qeyd edilir ki, Paşayevin üstünə buludlar avqustun sonlarında toplanmağa başlayıb. Dələduzluqda iştirakı təsdiqlənərsə, onu on il həbs cəzası gözləyir.
Qeyd edək ki, Elman Paşayev Moskvada fəaliiyət göstərən Rusiyanın ən məşhur hüquq firmalarından birinin rəhbəridir. Onun başçılıq etdiyi “Minara” hüquq firması və sonradan yaratdığı “Elman Gorup” Hüquq Şirkəti Rusiyada ən qalmaqallı məhkəmə proseslərinin qazanılmasına nail olub.
E.Paşayev Rusiyada aktiv siyasi fəaliyyətlə də məşğuldur. O, 2019-cu ilin sentyabrında Rusiya Ədalətli Qüvvələrin Gücü partiyasını təsis edib.
Heybət Əmrah,
Basta2.com