ManşetSiyasət

Ərdoğan çağırmışdı, Əliyev getmədi

Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirak etməyəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əliyevi tədbirə dəvət etməsinə baxmayaraq, Azərbaycanı Zirvə görüşündə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Rəsmi məlumata görə, İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığı səbəbindən Zirvə görüşünə qatılmayacaq. Bildirilir ki, oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulub. İlham Əliyev yarışın finalçılarını mükafatlandıracaq.