İ.Əliyev Türkiyə XİN başçısını qəbul edib

Çərşənbə axşamı prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunu qəbul edib, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

.

Öz növbəsində, “Anadolu” agentliyi bildirir ki, Çavuşoğlu Bakıya işgüzar səfərə gəlib. Səfər çərçivəsində o, həmkarı Ceyhun Bayramovla da görüşəcək.

.

Onlar Dağlıq Qarabağdakı vəziyyəti, xüsusən Azərbaycan ordusunun ölkənin Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əməliyyatları müzakirə edəcəklər, deyə agentliyin məlumatında bildirilir.

.