Bərdənin atəşə tutulması nəticəsində ölən dinc sakinlərin sayı 4 nəfərə çatdı – Video

 

Çərşənbə axşamı saat 17:30 radələrində erməni qüvvələri Azərbaycanın üç rayonunu artilleriya və raket atəşinə tutmağa başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Goranboy, Bərdə və Tərtər rayonları atəşə tutulur.

 

Baş Prokurorluqdan verilən məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

 

Döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərimizin, mülki obyektlərin raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 11-i uşaq olmaqla 69-a çatıb.
Ermənistanın törətdiyi bu cinayətə Müsavat başanı Arif Hacılı sərt təpki göstərib.
“Bərdə rayonunun Qarayusifli kəndi artilleriya və raket atəşinə tutulub. Biri azyaşlı körpə olmaqla 4 nəfər həlak olub, 13 nəfər yaralanıb. Vasitəçilik missiyası və problemin danışıqlar yolu ilə həll olunması ilə bağlı çağırışlar növbəti dəfə iflasa uğradı. Uşaq qatili olan Paşinyan rejimi güc dilindən başqa dil anlamır. Aydın görünür ki, ötən əsrdən bu üzə davam edən bu münaqişənin həlli nə danışıqlardan, nə də vasitəçilərdən asılıdır. Sülhə nail olmağın bir yolu var: Azərbaycan Azadlıq Ordusunun zəfər yürüşünün son və qəti qələbəyədək davam etdirilməsi!” – deyə, Arif Hacılı öxünün feysbuk səhifəsində bildirib.
Basta